Xəzərdə qəza oldu - Ölən və yaralananlar var
Yeniliklərdən dərhal xəbərdar olun
Martın 20-də gecə saatlarında Qum adasında yerləşən "Bahar” Əməliyyat Şirkətində qəza baş verib. Əməliyyat Şirkətinin 409-cu özülündə işləyən fəhlələr hündürlükdən yıxılıblar.
BAKU.WS xəbər verir ki, hadisə barədə Meydan TV-yə şirkətin əməkdaşları məlumat veriblər. Məlumata görə, qaynaqçı, Bakı şəhər sakini, 1973-cü il təvəllüdlü Ayaz Məmməd oğlu Məmmədov özüldə açılmış dəlikdən dənizə yıxılıb. Bu zaman aldığı xəsarətlərdən dünyasını dəyişib. Daha bir nəfər nevroloji travma alıb (onurğa beynin sınması), iki nəfər isə müxtəlif xəsarətlərlə klinikaya yerləşdirilib. Yaralananlardan biri 1977-ci il təvəllüdlü Faiq Vəli oğlu Həsənovdur. Onun burun və qolunun qırıldığı bildirilir.
Məlumatı Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının rəhbəri Mirvari Qəhrəmanlı da təsdiqləyib. O, təşkilata bu barədə məlumat verildiyini bildirib: "Bizdə olan məlumata görə, Ayaz adlı qaynaqçı özülün dəliyindən dənizə düşüb. Bu zaman aldığı xəsarətdən dünyasını dəyişib. Digər şəxslərin olması barədə xəbərlər gəlir. Dəqiqləşdirmə aparırıq”.
Oxşar xəbərlər
Bakı-Sumqayıt yolundakı qəzada ölənlərin sayı artır: 20-yə yaxın yaralı var (YENİLƏNİB)
Bu gün səhər saatlarında Bakı-Sumqayıt yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə...