“Xosu” ləqəbli narkotacir saxlanıldı - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Kürdəmir Rayon Polis Şöbəsinə əvvəllər dəfələrlə məhkum olunmuş “Xosu” ləqəbli Zabil Nuriyevin qanunsuz olaraq narkotik vasitələr əldə edib, daşıyaraq üzərində və yaşadığı evdə saxlaması, həmçinin narkotik vasitələrin satışı ilə məşğul olması ilə bağlı məlumat daxil olub.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, daxil olmuş əməliyyat məlumatı əsasında Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Zabil Nuriyev saxlanılaraq polis şöbəsinə gətirilib. Axtarış zamanı onun üzərindən isə 1,299 qram, yaşadığı evindən külli miqdarda 13,435 qram, ümumilikdə 14,734 qram narkotik vasitə heroin aşkar olunaraq götürülüb. Saxlanılan şəxs ilkin dindirmə zamanı etdiyi cinayət əməlini etiraf edib.
Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.
Qalereya
Oxşar xəbərlər
İki vəzifəli şəxs məsuliyyətə cəlb olunub - RƏSMİ
Cari ilin ilk altı ayı ərzində narkotiklərlə mübarizə sahəsində hüquq-mühafizə orqanları tərəfindən 2 893 fakt aşkar olunub. Onlardan 1 015-i narkotik vasitələr...