Xoşbəxt Yusifzadə vəfat edib

Xoşbəxt Yusifzadə vəfat edib
Hadisə 4

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə dünyasını dəyişib.

"Report"un əldə etdiyi məlumata görə, akademik 93 yaşında vəfat edib.

Qeyd edək ki, Xoşbəxt Bağı oğlu Yusifzadə 14 yanvar 1930-cu ildə Bakıda anadan olub.O, 1987-ci ildə Azərbaycanın mühəndis-geoloqu, geologiya-mineralogiya elmləri doktoru adına layiq görülüb. 2007-ci ildən professor, AMEA-nın həqiqi üzvü olub.

Son olaraq isə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin geologiya, geofizika və yataqların işlənməsi üzrə birinci vitse-prezidenti vəzifəsini icra edib.

Oxşar xəbərlər

SOCAR-ın keçmiş vitse-prezidenti vəfat edib

SOCAR-ın keçmiş vitse-prezidenti vəfat edib

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Geologiya və geofizika məsələləri üzrə kieçmiş vitse-prezidenti Bəhram Hüseynov dünyasını dəyişib. BAKU.W...

211 Hadisə 12:21 11 fevral 2023

Son xəbərlər