Xose Bernardo bıçaqlandı

11
noy
2019
09:46
Bakının Pirallahı rayonunda bıçaqlanma hadisəsi baş verib.BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə zamanı 1989-cu il təvəllüdlü Bernardo Xose Pabloviç tanıdığı şəxslər tərəfindən bıçaqlanıb.Yaralı 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.Qeyd edək ki, Azərbaycan vətəndaşı olan Xose Bernardo uzun müddət televiziya proqramlarında, şou-proqramlarında aparıcılıq edib. Hadisənin hansı şəraitdə baş verdiyi isə hələlik məlum deyil. Bıçaq yarası ilə xəstəxanaya çatdırılan aparıcı Xose Bernardo ambulator müalicə üçün xəstəxanadan evə buraxılıb.Onun vəziyyəti qənaətbəxş olub.Qeyd edək ki, X.Bernardo ilə birgə paytaxt sakini, 1988-ci il təvəllüdlü Rafael Hüseynov da bıçaq xəsarətləri alıb. R.Hüseynova çoxsaylı bıçaq xəsarətləri yetirilib və hazırda vəziyyəti ağır olduğundan 3 saylı Şəhər Klinik Xəstəxanasının Cərrahiyyə şöbəsində müalicəsini davam etdirir. Hər iki yaralının eyni hadisə zamanı bıçaqlandığı bildirilir.
Oxşar xəbərlər
Neftçalada kirayədə yaşayan Ağcabədi sakini bıçaqlanıb
Neftçalada bıçaqlanma hadisəsi baş verib.BAKU.WS xəbər verir ki, Neftçalada kirayədə yaşayan Ağcabədi rayon sakini, 1984-cü il təvəllüdlü Səfərov Orxan Cəlal oğ...
