Xocavənddə avtobus qəzasında xəsarət alanlardan 11-i Türkiyə vətəndaşıdır
Yeniliklərdən dərhal xəbərdar olun
Səhiyyə Nazirliyi Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisi işlərini həyata keçirən subpodratçı “Kolin İnşaat Turizm Sənaye və Ticarət” şirkətinə məxsus xidməti avtobusun qəzaya düşməsi nəticəsində xəsarət alanlarla bağlı məlumat yayıb.
BAKU.WS-in məlumatına görə, nazirlikdən bildirilib ki, qəza nəticəsində Bakı Sağlamlıq Mərkəzinə müştərək travmalarla 13 nəfər yerləşdirilib.
Qeyd olunub ki, onlardan 11-i Türkiyə vətəndaşıdır.
"İki nəfər reanimasiya şöbəsində müalicə alır vəziyyətləri ağır kimi qiymətləndirilir. Digər 9 nəfərin vəziyyəti orta ağır kimi qiymətləndirilir. Hazırda müayinə və müalicələr davam edir", - məlumatda bildirilib.
Oxşar xəbərlər
Yol tikintisində çalışan işçilərin olduğu avtobus Xocavənddə qəzaya düşdü, yaralılar var
Bu gün axşam saatlarında Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisi işlərini həyata keçirən subpodratçı “Kolin İnşaat Turizm Sənaye və Ticarət” şirkətin...