Xocavənddə 74 mina, 74 qumbara, 110 partladıcı aşkarlanıb, saxlanılan var - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Xocavənd rayonunda 74 mina, 74 qumbara, 110 partladıcı aşkarlanıb, saxlanılan var.
Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.
Bildirilib ki, rayonun Güney Xırman kəndi ərazisindəki tikilinin içərisindən 74 müxtəlif növ mina, 74 müxtəlif növ qumbara, 4 TNT partlayıcısı (trotil), 110 partladıcı, 12 mərmi, 23 mindən artıq patron və digər sursatlar aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.
Bundan başqa, keçirilən əməliyyat tədbirləri nəticəsində tapdığı sursatı polisə təhvil verməyən şəxs də müəyyən edilərək saxlanılıb. Ondan 60 ədəd avtomat patronu aşkarlanaraq götürülüb.
Faktlarla bağlı Xocavənd Rayon Polis Şöbəsində araşdırma aparılır.
Qalereya
Oxşar xəbərlər
Bakıda qanunsuz avtomat və qumbara saxlayan şəxslər tutulub - VİDEO
Bakının Xətai rayonunda saxlanılan şəxslərdən 3 qumbara, 3 ədəd “Kalaşnikov” avtomatı və 1 ədəd “Makarov” tapançası aşkar edilib. Bu barədə BAKU.WS-ə Daxili İşl...