Növbəti köç karvanı Xocalının Seyidbəyli kəndinə çatıb, açarlar təqdim edilib
Xocalı rayonuna yola salınan növbəti köç karvanı Seyidbəyli kəndinə çatıb, açarlar təqdim olunub.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, açarların təqdim olunması mərasimində Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri iştirak ediblər.
Qeyd edək ki, bununla Seyidbəyli kəndinə köçürülən ailələrin sayı 27-yə (92 nəfər) çatıb.
***
Xocalı rayonu Seyidbəyli kəndinə növbəti 18 ailənin (61 nəfər) qayıdışı təmin edilib.
BAKU.WS report-a istinadən xəbər verir ki, qayıdış Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə "Böyük Qayıdış" proqramı çərçivəsində baş tutub.
Kəndə qayıdan ailələr respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmışdılar.
Bununla da Seyidbəyli kəndinə qayıdan ailələrin sayı 27-yə (92 nəfər) çatdırılıb.
Qalereya
Oxşar xəbərlər
Azərbaycanlı avtoritet "Bek Şəmkirli" Rusiyada həbsxanada vəfat etdi
Kriminal avtoritet, "Bek Şəmkirli" ləqəbli Babək Həsənov Rusiyada vəfat edib. BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat ya...