Xocalıda baş verən avtobus qəzasında yaralananların son vəziyyəti açıqlanıb

Xocalıda baş verən avtobus qəzasında yaralananların son vəziyyəti açıqlanıb
Hadisə 92

Xocalının Sığnax kəndində baş vermiş avtobus qəzasında yaralanan şəxslərin son vəziyyəti açıqlanıb.

Səhiyyə Nazirliyindən BAKU.WS-in sorğusuna cavab olaraq bildirilib ki, qəza nəticəsində Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilən 13 nəfərin müalicəsi davam edir.

"Ağırlaşma halları müşahidə olunmur. Reanimasiyada müalicə alan 2 nəfərdən biri bu gün ümumi palataya keçiriləcək. Həkimlər yaralıların vəziyyətini orta ağır kimi qiymətləndirir", - nazirlikdən bildirilib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər