Xocalıda avtomobillərdə köməksiz vəziyyətdə qalan vətəndaşlara yardım göstərilib
Yeniliklərdən dərhal xəbərdar olun
Zəfər yolunun Xocalı rayonu, Baharlı kəndi ərazisindən keçən hissəsində yolların buz bağlaması səbəbindən vətəndaşlar avtomobillərdə köməksiz vəziyyətdə qalıblar.
Fövqəladə Hallar Nazirliyindən (FHN) BAKU.WS-ə veirlən məlumata görə, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Şuşa Şəhər Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.
Yanğınsöndürən-xilasedicilər tərəfindən yolun buz bağlaması səbəbindən yolun kənarına sürüşərək hərəkətini davam etdirə bilməyən "MERCEDES" markalı minik avtomobilində olan vətəndaşlar xüsusi təyinatlı nəqliyyat vasitəsi ilə təhlükəsiz əraziyə təxliyə edilib.
Bundan başqa, yolun buz bağlaması səbəbindən hərəkətini davam etdirə bilməyən "CHEVROLET" markalı minik avtomobilinin hərəkəti təmin edilib.
Oxşar xəbərlər
Nepalda vətəndaşlara Azərbaycan və Kanadada iş vəd edən dələduzlar saxlanılıb
Nepal polisi pul müqabilində vətəndaşlara xaricdə, o cümlədən Azərbaycan və Kanadada iş vəd edən 2 nəfəri dələduzluq şübhəsi ilə saxlayıb. "Report" Nepal medias...