Xızıda raket mərmisi tapılıb - FOTO/VİDEO

Xızıda raket mərmisi tapılıb - FOTO/VİDEO
Foto Video
Hadisə 36

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Xızı rayonunun Məşədi Həsən kəndi ərazisində hərbi sursat aşkar edilməsi barədə məlumat daxil olub.

BAKU.WS xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.

Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatın 1 ədəd 140 mm-lik OF-14M turboreaktiv raket mərmisi olduğu müəyyən edilib.

Sursat XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.

Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Xızıda hərbi sursat aşkarlanıb - FOTO/VİDEO

Xızıda hərbi sursat aşkarlanıb - FOTO/VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Xızı rayonunun Giləzi qəsəbəsi yaxınlığında hərbi sursatın aşkar edilməsi barədə məlumat daxil...

64 Hadisə 13:31 06 noyabr 2022

Son xəbərlər