Xızıda dəyirmanda 2 nəfər qazdan zəhərlənərək ölüb
Yeniliklərdən dərhal xəbərdar olun
Xızıda dəyirmanda 2 nəfər qazdan zəhərlənərək ölüb.
Bu barədə BAKU.WS-ə rayon prokurorluğundan məlumat verilib.
Bildirilib ki, avqustun 13-də Xızı rayonunda yerləşən un dəyirmanı müəssisəsində 2 nəfərin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
İlkin araşdırma zamanı həmin müəssisədə iş görərkən 1974-cü il təvəllüdlü Cavid Qocayev və 1981-ci il təvəllüdlü Müşfiq Muqbilovun texniki quyularda yaranmış qazdan zəhərlənmə nəticəsində ölməsi, 1985-ci il təvəllüdlü Xəyal Rəsulovun isə zəhərlənməsi müəyyən edilib.
Faktla bağlı Xızı Rayon Prokurorluğunda araşdırma aparılır.
Oxşar xəbərlər
Bakıda arvadı ilə otelə gedən ər həyatının şokunu yaşadı - "Tez ol, gözləyənim var" deyəndə...
Cəlilabad rayon sakini, 1992-ci il təvəllüdlü Cavid 1996-cı il təvəllüdlü həyat yoldaşı Afəti (adlar şərti verilib - red.) öldürməyə cəhd edib. BAKU.WS teleqraf...