Xırdalandakı partlayışda xəsarət alanların son durumu - AÇIQLAMA - FOTO/VİDEO - YENİLƏNİB
Yeniliklərdən dərhal xəbərdar olun
Xırdalanda baş verən partlayışda xəsarət alanların son vəziyyəti açıqlanıb.
TƏBİB-dən BAKU.WS-ə bildirilib ki, Abşeron rayonu, quurmun tabeliyindəki tibb müəssisələrinə yerləşdirilən 1 nəfər ambulator müalicə üçün evə buraxılıb.
"İki nəfərin baş, boyun, hər iki yuxarı və aşağı ətrafların ikinci və üçüncü dərəcəli termiki yanıq xəsarətləri ilə Nərimanov Tibb Mərkəzində müalicəsi davam etdirilir. Hazırda vəziyyətləri stabil olaraq qiymətləndirilir", TƏBİB-dən qeyd eidlib.
***07:51
Ötən gün Abşeron rayonu, Xırdalan şəhərində beşmərtəbəli yaşayış binasında partlayış ilkin ehtimala görə, beşmərtəbəli binanın üçüncü blokunun üçüncü mərtəbəsində yerləşən mənzildə qaz sızması nəticəsində baş verib.
Bu barədə BAKU.WS-ə Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Məlumata görə, bu, hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub. Nazirlikdən bildirilib ki, ilkin ehtimala görə, beşmərtəbəli binanın üçüncü blokunun üçüncü mərtəbəsində yerləşən mənzildə qaz sızması nəticəsində baş verib.
Hadisə nəticəsində dörd nəfər müxtəlif dərəcəli bədən xəsarəti ilə xəstəxanaya yerləşdirilib. FHN-in əməkdaşları tərəfindən bina sakinləri təxliyə edilərək hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilib.
Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
Qalereya
Oxşar xəbərlər
FHN-dən Xırdalandakı partlayışla bağlı YENİ AÇIQLAMA
Ötən gün Abşeron rayonu, Xırdalan şəhərində beşmərtəbəli yaşayış binasında baş vermiş partlayışla bağlı Fövqəladə Hallar Nazirliyinin (FHN) Əməliyyat-istintaq i...