Xırdalanda səki ilə hərəkət edən sürücü piyadaların yolunu kəsdi - VİDEO
18
yan
2024
16:58
Xırdalan şəhərində qayda pozan sürücü kameraya düşüb.
BAKU.WS "avtosfer.az"a istinadən xəbər verir ki, hadisə yanvarın 16-da, Mehdi Hüseynzadə küçəsində baş verib.
Belə ki, 77-FN-458 qeydiyyat nişanlı “Toyota Prius” markalı avtomobilin sürücüsü piyadalar üçün nəzərdə tutulmuş səkiyə çıxaraq orada hərəkət edib. Səki ensiz olduğu üçün piyadaların hərəkətində çətinlik yaranıb.
Qeyd edək ki, həmin sürücü İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə 40 manat məbləğində cərimə oluna bilər.
Oxşar xəbərlər
Üç dəqiqə ərzində iki dəfə qayda pozan "Prius" sürücüsü cəzalandırıldı - VİDEO
Abşeronda üç dəqiqə ərzində iki dəfə qayda pozan “Toyota Prius” markalı avtomobilin sürücüsü barəsində protokol tərtib edilib. Bu barədə oxu.az-ın sorğusuna cav...