Xırdalanda QƏTL: Şübhəli saxlanıldı
Yeniliklərdən dərhal xəbərdar olun
Abşeron rayonu, Xırdalan şəhərində Ruhin Əliyevi qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 1999-cu il təvəllüdlü N.Nəbiyev saxlanılaraq istintaqa təhvil verilib.
*** 17:05
Abşeron rayonu, Xırdalan şəhərində qətl hadisəsi qeydə alınıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə "Kristal Abşeron 1" yaşayış kompleksində baş verib. İlkin məlumata görə, ərazidə bir nəfərin qətlə yetirildiyi bildirilir.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Əraziyə baxış keçirilir, faktla bağlı araşdırmalara başlanılıb.
Qətlin hansı şəraitdə törədildiyi və hadisənin digər təfərrüatları araşdırma yekunlaşdıqdan sonra məlum olacaq.
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Problemin həlli Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən nəzarətə götürülüb və ərazi aidiyyəti üzrə DYP əməkdaşlarının təşəbbüsü ilə təhlükə aradan qaldırılıb....