Xırdalanda qadın avtobusdan yıxıldı, beyninə qan sızdı
Yeniliklərdən dərhal xəbərdar olun
Abşeron rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə Xırdalan şəhərində qeydə alınıb. 135 saylı xətt üzrə hərəkətdə olan sərnişin avtobusu dayanacaqda olarkən, sərnişin 1977-ci il təvəllüdlü İsayeva Vüsalə Zöhrab qızı avtobusdan düşərkən ehtiyatsızlıqdan yıxılaraq ağır xəsarət alıb.
Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb. Müayinə zamanı ona beyin qansızması diaqnozu qoyulub.
Qeyd edək ki, zərərçəkmişin qızı L.İsayeva hasidəylə bağlı məlumatı təsdiqləyib.
Oxşar xəbərlər
Cəlilabadda 6 yaşlı uşaq 2-ci mərtəbədən yerə düşərək ağır xəsarət aldı
Cəlilabad rayonunda azyaşlının xəsarət alması ilə nəticələnən yıxılma hadisəsi baş verib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə Cəlilabad rayonunda...