Xırdalanda binanın transformatoru yandı, sakinlər təxliyə edildi - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Xırdalan şəhərində çoxmərtəbəli binanın zirzəmisində transformator yanıb.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə Heydər Əliyev prospektindəki yeni tikilidə baş verib.
Yaşayış kompleksini elektrik enerjisi ilə təmin edən transformartor əvvəlcə tüstüləyib.
Daha sonra cərayan mənbəyi alovlanmağa başlayıb.
Alovun ətrafa keçməsinin qarşısını almaq üçün əraziyə dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb edilib.
Binaya elektrik enerjisinin verilişi dayandırılıb.
Təhlükəsizlik məqsədilə sakinlər təxliyyə edilib.
Hazırda elektrik enerjisinin verilişinin bərpa edilməsi istiqamətində işlər aparılır.
Qalereya
Oxşar xəbərlər
Binəqədidəki partlayışla bağlı cinayət işi açıldı - FOTO/VİDEO - YENİLƏNİB
Bakının Binqədədi rayonunda yaşayış evində baş verən partlayışla bağlı cinayət işi açılıb. Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. “Bakı şəhər...