Xırdalanda güclü yanğın: İki nəfər xəsarət alıb, 20 sakin təxliyə edilib
Fövqəladə Hallar Nazirliyi (FHN) Xırdalan şəhərində yaşayış binasında baş verən yanğınla bağlı məlumat yayıb.
Nazirlikdən BAKU.WS-ə verilən məlumata görə, qurumun "112" qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhərində çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində ondördmərtəbəli yaşayış binasının onuncu mərtəbəsində yerləşən mənzildə baş vermiş yanğın genişlənməsinə, o cümlədən digər mənzillərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 40 kvadratmetr olan birotaqlı mənzilin mətbəxində paltaryuyan, qaz sobası və 3 perimetr mətbəx mebeli yanıb. İki nəfər xəsarət alıb.
Təhlükəsizlik tədbirləri çərçivəsində 20 nəfər bina sakini təxliyə olunub.
Mənzilin böyük hissəsi və digər mənzillər yanğından mühafizə olunub.
*** 10:47
Abşeron rayonu, Xırdalan şəhərində yanğın hadisəsi baş verib.
BAKU.WS verir ki, yanğın "Kristal Abşeron-2" yaşayış kompleksində, çoxmərtəbəli binanın 10-cu mərtəbəsində olub.
Hadisə nəticəsində 2 nəfər xəsarət alıb. Əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri, polis və təcili tibbi yardım xidmətinin əməkdaşları cəlb olunublar.
Yanğın qısa zamanda söndürülüb.
Faktla bağlı araşdırma aparılır.
*** 00:16
Abşeron rayonunun Xırdalan şəhərində çoxmərtəbəli yaşayış binasında yanğın başlayıb.
BAKU.WS xəbər verir ki, hadisə "Kristal Abşeron-2" yaşayış kompleksində baş verib.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunublar.
Oxşar xəbərlər
"İstanbul NS" klinikası 20 min manat cərimələndi
"İstanbul NS" klinikası əmək müqaviləsi olmadan həkim çalışdırdığına görə cərimələnib. BAKU.WS "Teleqraf"a istinadla xəbər verir ki, aparılan araşdırma zamanı k...