Xırdalan şəhərindəki bu ərazi 5 aydır baxımsız vəziyyətdədir - VİDEO

18
iyn
2024
14:35
Xırdalan şəhərindəki küçələrdən birində zibil, üfunət və pis qoxu əlindən tərpənmək mümkün deyil.
Bu barədə BAKU.WS-in "Qaynar xətti"nə görüntülər daxil olub.
Sakinlər bildirir ki, "Nazlı petrol" adlı yanacaqdoldurma məntəqəsinin yanında qoyulan zibil konteynerləri tullantılarla aşıb-daşır.
Zibil hər gün daşınılmadığından ərazini üfunət və pis qoxu bürüyüb.
Sakinlər bununla bağlı aidiyyatı qurumlara da müraciət ediblər. Lakin müsbət nəticə əldə etməyiblər.
Onların sözlərinə görə ərazi fevral ayından bu vəziyyətdədir.
BAKU.WS sözügedən ərazidən video təqdim edir:
Oxşar xəbərlər
Bakıda beynəlxalq forum keçirilib: Prezident tədbirdə iştirak edib - YENİLƏNİB - FOTO
Aprelin 23-də ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib. BAKU.WS xəbər verir ki, Azərbaycan Respublikasın...
