Xəzərdə batma təhlükəsi ilə üzləşən 2 yeniyetmə xilas olundu
Yeniliklərdən dərhal xəbərdar olun
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində 2 nəfərin dənizdə nəzarətsiz ərazidə batma təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.
BAKU.WS xəbər verir ki, bu barədə FHN-in Mətbuat Xidmətinin məlumatında bildirilir. Məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunublar.
Həyata keçirilən operativ xilasetmə əməliyyatı nəticəsində dənizdə batma təhlükəsi ilə üzləşən 2008-ci il təvəllüdlü Firudin Alxas oğlu Qurbanov və 2009-cu il təvəllüdlü İzzət Eldəniz oğlu Cəfərov dalğıc-xilasedicilər tərəfindən xilas edilərək təhlükəsiz əraziyə çıxarılıblar.
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Problemin həlli Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən nəzarətə götürülüb və ərazi aidiyyəti üzrə DYP əməkdaşlarının təşəbbüsü ilə təhlükə aradan qaldırılıb....