Xəzərdə balıqçı qayığı dəmir boruya çırpıldı, ölən var

Xəzərdə balıqçı qayığı dəmir boruya çırpıldı, ölən var
Hadisə 527

Xəzər dənizində balıqçı bədbəxt hadisə nəticəsində ölüb.

BAKU.WS-in məlumatına görə, hadisə Xəzər dənizinin Hövsan qəbəsə sahilinə yaxın “42-ci yanalma körpüsü” adlanan ərazidə qeydə alınıb. Paytaxt sakini, 1980-ci il təvəllüdlü Kudaybirqanov Emil Şamilyeviç iki dostu ilə birlikdə matorlu qayıqla balıq tutmaq məqsədi ilə dənizə gedib. Sahildən dənizə doğru 1 kilometr irəlilədikdən sonra qayıq dənizdə olan dəmir boru ilə toqquşub.

Nəticədə qayıq aşaraq çevrilib. Dostlar çevrilmiş qayığın üstünə çıxsa da, E.Kudaybirqanov donvurmadan ölüb. Digər iki şəxs DSX-nin Sahil Mühafizə Mərkəzinin Hövsan Sahil nəzarəti bölməsinin əməkdaşları tərəfindən xilas edilib.

Meyitin müayinəsi üçün ekspertiza təyin olunub, faktla bağlı araşdırma aparılır.

Son xəbərlər