Xəzər dənizində gəmidə həmkarını bıçaqlayan matrosa hökm oxunub
Yeniliklərdən dərhal xəbərdar olun
Gəmidə iş yoldaşını bıçaqlamaqda təqsirləndirilən Soltan Soltanova hökm oxunub və o, 3 il müddətinə azadlıqdan məhrum edilib.
BAKU.WS Report-a istinadla xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə elan olunub.
Qeyd edək ki, hadisə ötən il Xəzər dənizində Rusiya bayrağı altında üzən "Amur" gəmisində baş verib. Gəmidə matros işləyən Soltan Soltanov aralarında yaranmış mübahisə nəticəsində həmin gəminin motorçusunu bıçaqlayıb.
Faktla bağlı S.Soltanova qarşı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb.
Oxşar xəbərlər
“Samir saçımı ipə bağladı...” - Gözəlin başına gələn dəhşətli hadisə
Bakının Suraxanı rayonunda 2002-ci il təvəllüdlü Gözəl anası Lalənin üzünə sirkə turşusu ataraq ona xəsarət yetirib. BAKU.WS “teleqraf.com”a istinadən xəbər ver...