Xətaidə binada yanğın törətməkdə şübhəli bilinən şəxs saxlanılıb
Paytaxtın Xətai rayonunda hündürmərtəbəli yaşayış binasında yanğın törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Trend-in əldə etdiyi məlumata görə, hadisəni qəsdən törətməkdə şübhəli bilinən 47 yaşlı şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırmalar zamanı həmin şəxsin ruhi-əsəb xəstəliklərindən əziyyət çəkdiyi məlum olub. Onun xüsusi təyinatlı tibb müəssisəsinə yerləşdirilməsi təmin edilib.
Qeyd edək ki, hadisə ötən gün Məhəmməd Hadi küçəsi 72 ünvanında yerləşən hündürmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində qeydə alınıb. İlkin məlumata görə, yanğın həmin ünvanda yaşayan şəxslər arasında şəxsi münaqişə zəminində törədilib.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları, polis və təcili tibbi yardım briqadaları cəlb olunub. Yanğın söndürülüb, alovun qonşu mənzillərə keçməsinin qarşısı alınıb.
Oxşar xəbərlər
Paytaxt avtobusunda sərnişinin başına su töküldü - Rəsmi açıqlama
Bu gün Bakıda 7A nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobuslardan birinin soyutma sisteminin drenaj xəttində texniki nasazlıq yaranıb. BAKU.WS xəb...