Xətai rayonunda ağaclar kəsildi: Toplanan materiallar Baş Prokurorluğa göndəriləcək
Yeniliklərdən dərhal xəbərdar olun
Paytaxtın Xətai rayonu, Gəncə prospekti, 23 ünvanında ağacların kəsilməsi ilə bağlı daxil olan məlumat 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən araşdırılıb.
Bu barədə BAKU.WS-ə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilib.
İdarənin rəisi Qafar Ağayev bildirib ki, əraziyə keçirilən baxış zamanı hasara alınmış sahədə ağacların kəsildiyi müəyyən edilib. Faktla bağlı akt tərtib olunub.
"Təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar Baş Prokurorluğa göndərilməsi üçün hazırlanır. Ərazidəki mövcud yaşıllıqlar qeydiyyata alınaraq onlara identifikasiya etiketi vurulub. Eyni zamanda, yaşıllıqların mühafizəsi və onlara aqrotexniki xidmət göstərilməsi məqsədilə Xətai Rayon İcra Hakimiyyətinə məktub ünvanlanıb", - məlumatda qeyd olunub.
Oxşar xəbərlər
Göygöldə evdən meyit tapıldı
Göygöl rayonunda yaşlı kişinin meyiti tapılıb. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, hadisə rayonun Balçılı kəndində qeydə alınıb. Belə ki, 1964-cü il təvə...