Xətai prospektində XAOS: Xətlənmə və nişanlama aparılmadı, piyadalar vuruldu

Xətai prospektində XAOS: Xətlənmə və nişanlama aparılmadı, piyadalar vuruldu
Video
Hadisə 335

Əks yola çıxan avtomobil iki piyadanı vurub. Hadisə paytaxtın Xətai prospektində qeydə alınıb.

BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, hadisə yol nişanlarının və xətlənmənin olmadığı ərazidə baş verib. Şahidlər bildirirlər ki, yenicə təmirdən çıxan bu ərazidə hərəkət xaotikdir və təhlükə hər an yarana bilər.

Xətai prospektində asfaltlanma işləri artıq yekunlaşıb. Köhnə asfalt qatı sökülüb, əvəzində yeni örtük vurulub və hazırda nəqliyyat vasitələri prospekt üzrə hərəkət edir.

Piyadalar bildirirlər ki, yolda texniki tamamlanma mərhələsi hələ icra olunmadığından onlar haradan keçəcəklərini bilmirlər. Üstəlik, ərazidə səkilər və parkinq zonalarında da müəyyən problemlər mövcuddur.

Xüsusilə bu yoldan mütəmadi istifadə edənlər problemin qısa zamanda həll edilməsini istəyirlər.

Məsələ ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, Xətai prospektində yol nişanlarının quraşdırılması, xətlənmə və hərəkətin təşkili Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) səlahiyyətinə aiddir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Sədərək-Binə yolunda lampa daşıyan yük maşını kül oldu

Sədərək-Binə yolunda lampa daşıyan yük maşını kül oldu

Sədərək-Binə yolunda lampa daşıyan yük maşınında yanğın baş verib. BAKU.WS-in "qaynar xətti"nə daxil olan məlumata görə, hadisə zamanı yük maşınında olan lampal...

118 Hadisə 00:02 12 avqust 2026

Son xəbərlər