Xəstəxanada RƏZALƏT: Kimsəsiz körpələrə baxmadılar - FOTO

Xəstəxanada RƏZALƏT: Kimsəsiz körpələrə baxmadılar - FOTO
Hadisə 197

Qarayev adına xəstəxanada uşaqlara yaxşı baxılmır. Bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb.

BAKU.WS Lent.az-a istinadən xəbər verir ki, həm uşaq evində, həm də xəstəxanada uşaqlara diqqət göstərilmir.

Belə ki, uşaq evlərində onların yuyulmadığı və nəticədə qotur xəstəliyinə tutulduqları deyilir.

Qarayev adına xəstəxanada isə tibb bacılarının həmin uşaqlara baxmadıqları və deyinərək, “biz yetim-yesirə baxanıq?!” dedikləri bildirilir.

Hətta iddialardan biri də belədir ki, hazırda orda 2 yaşlı Araz adında uşaq var. Onu saatlarla bağlı otaqda uşaq arabasında saxlayırlar, mazını da vaxtında çəkmirlər. Uşaq bütün günü tək ağlayır, yaraları qaşınır.

Məsələ ilə bağlı TƏBİB-dən bildirilib ki, bu barədə araşdırmalar aparılır.

Xəstəxanada RƏZALƏT: Kimsəsiz körpələrə baxmadılar - FOTO

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər