Xəstəxana ruhi xəstədən imtina etdi: nazirlik işə qarışdı - VİDEO
28
iyn
2019
19:59
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda ruhi xəstə olan qadının xəstəxanalardan birinə qəbulu zamanı insident yaşanıb.BAKU.WS xəbər vcerir ki, bununla bağlı Oxu.Az məlumat yayıb.Məlumata görə, səhhəti pisləşən qadın akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasına gətirilib.Bu zaman xəstəxanada qeyri-müəyyən səbəblərdən həkimlə xəstənin yaxınları arasında mübahisə düşüb. Onlar həkimlərin qadına yardım etməkdən boyun qaçırdığını iddia ediblər.Məsələ ilə bağlı Səhiyyə Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, insidentdən dərhal sonra xəstəxana rəhbərliyi ilə əlaqə yaradılıb.Məlum olub ki, həmin qadın demensiya xəstəliyindən əziyyət çəkir.Nazirlikdən bildirilib ki, o, xəstəxanaya qəbul edilib və hazırda Nevroloji şöbədə müalicə alır.Qeyd edək ki, demensiya ağılın zəifləməsi, əvvəllər qazanılmış bilik və vərdişlərin, həyat keyfiyyətlərinin bu və ya digər dərəcədə itirilməsi, yenilərinin isə əldə edilməsinin mümkünsüzlüyü ilə xarakterizə olunan patoloji sindromdur.
Oxşar xəbərlər
Əməliyyatdan narazı olan qadın prezidentə müraciət etdi – VİDEO
Bir neçə ay bundan əvvəl qadın xəstəliyilə bağlı müalicə alan və əməliyyat olunan qadın səhhətinin yaxşılaşmadığından şikayətlənib.BAKU.WS xəbər verir ki, bu ba...