Xəstəxana qarşısında intihara cəhdin qarşısı alınıb

Xəstəxana qarşısında intihara cəhdin qarşısı alınıb
Hadisə 133

Ucar xəstəxanasının qarşısında intihara cəhdin qarşısı alınıb.

BAKU.WS xəbər verir ki, bu barədə Report-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru polis kapitanı Nizam Həmidov deyib.

O bildirib ki, dekabrın 10-da Ucar rayon sakini O.Ələkbərov Rayon Mərkəzi Xəstəxanasının qarşısında üzləşdiyi problemlə bağlı özünü yandırmağa cəhd edib. Onun bu cəhdinin qarşısı həmin ərazidə xidmət aparan Ucar Rayon Polis Şöbəsinin (RPŞ) PPXB-nin əməkdaşları tərəfindən alınıb və vətəndaş polis şöbəsinə gətirilərək problemləri dinlənilib.

O.Ələkbərovu narahat edən məsələ ilə bağlı RPŞ-nin Təhqiqat Bölməsində ilkin araşdırmalar aparılıb və toplanmış materiallar aidiyyəti üzrə rayon prokurorluğuna göndərilib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər