Vətəndaş icra hakimiyyətinin qarşısında özünü yandırmağa cəhd etdi
26
iyl
2022
12:20
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Vətəndaş Tərtər Rayon İcra Hakimiyyətinin qarşısında intihara cəhd edib.
BAKU.WS xəbər verir ki, bu gün səhər saatlarında rayon sakini İlqar Vəliyev özünü yandırmağa çalışıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis baş leytenantı Aslan Qiyaslı Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, bu gün səhər saat 8 radələrində Tərtər rayonunda yaşayan İlqar Vəliyev şəhər ərazisində özünü yandırmağa cəhd göstərib:
“Cəhdin qarşısı polis əməkdaşları tərəfindən alınıb. Araşdırma aparılır”.
Oxşar xəbərlər
Ağcabədidə itə işgəncə verənlərin kimliyi müəyyənləşdi - YENİLƏNİB - VİDEO
Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində itlə amansız rəftar edən iki nəfər müəyyən olunub. BAKU.WS xəbər verir k...