Ağcabədidə itə işgəncə verənlərin kimliyi müəyyənləşdi - YENİLƏNİB - VİDEO

Ağcabədidə itə işgəncə verənlərin kimliyi müəyyənləşdi - YENİLƏNİB - VİDEO
Video
Hadisə 310

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində itlə amansız rəftar edən iki nəfər müəyyən olunub.

BAKU.WS xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis baş leytenantı Aslan Qiyaslı oxu.az-a açıqlamasında bildirib ki, onlardan biri yeniyetmədir.

Qeyd edək ki, həmin şəxslər barəsində Ağcabədi RPŞ-nin Təhqiqat Bölməsində müvafiq araşdırmalara başlanılıb.

Araşdırmaların nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək.

***10:41

Ağcabədi rayonunda itə şiddət göstərilib.

BAKU.WS oxu.az-a istinadla xəbər verir ki, bu barədə sosial şəbəkələrdə video yayılıb.

Belə ki, itin boynuna ip bağlanaraq, gölməçədə işgəncə verilib.

Məsələ barədə Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıq.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis baş leytenantı Aslan Qiyaslı bildirib ki, yayılmış videogörüntü ilə əlaqədar Ağcabədi Rayon Polis Şöbəsində müvafiq araşdırmalar aparılır:

“Araşdırmaların nəticəsindən asılı olaraq, məsələyə hüquqi qiymət veriləcək”.

Son xəbərlər