Xəstəxana əməkdaşının intiharının detalları: “Həyat yoldaşının xəyanət etməsindən şübhələnirdi” - YENİLƏNİB
Yeniliklərdən dərhal xəbərdar olun
Lerik Rayon Mərkəzi Xəstəxanasında baş vermiş intihar hadisəsinin detalları bəlli olub.
BAKU.WS xəbər verir ki, hadisə ilə bağlı modern.az-a açıqlama verən Lerik Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Maqsud Ağayev Orucəli Baxışovun ailə münaqişəsi zəminində intihar etdiyini bildirib.
“Orucəli sakit təbiətli işçi olub. Həyat yoldaşının ona xəyanət etməsindən şübhələnirdi. Onun bu səbəbdən intihar etdiyi deyilir. İşlə bağlı heç bir problemi olmayıb”, - deyə baş həkim vurğulayıb.
Hazırda faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
*** 09:43
Lerik Rayon Mərkəzi Xəstəxanasının əməkdaşı iş yerində intihar edib.
BAKU.WS report-a istinadən xəbər verir ki, xəstəxanada anbardar vəzifəsində çalışan Orucəli Baxışov xidməti otağında özünü asıb.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Oxşar xəbərlər
Evdə yad kişi ətrini hiss etdim - Bakıdakı dəhşətli cinayətin TƏFƏRRÜATI
Bakının Binəqədi rayonunda 1952-ci il təvəllüdlü Sahib şəxsi münasibətlər zəminində arvadı Arzunu (adlar şərti verilib - red.) qətlə yetirib. BAKU.WS "teleqraf....