Xankəndidə fəhlələr ev təmizləməyə getdi, mənzildən qızıl sancaq oğurladılar

Xankəndidə fəhlələr ev təmizləməyə getdi, mənzildən qızıl sancaq oğurladılar
Hadisə 98

Xankəndi şəhərində ev təmizləyən fəhlələr mənzildən qızıl oğurlayıblar.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, Gəncə şəhər sakini, 1991-ci il təvəllüdlü Əsgər Azayev (ad və soyad şərtidir) və Yevlax rayon sakini, 1988-ci il təvəllüdlü Nurlan Qaçayev (ad və soyad şərtidir) Xankəndi şəhərinə işləməyə gedir. Onlar bir müddət tikinti şirkətində işləyirlər.

Bir müddət şirkətin sahə rəisi fəhlələri Xankəndi şəhərində icarəyə götürülən evlərdən birində təmiz işləri görmək üçün aparır. Həmin evdə təmizlik işləri aparılrakən fəhlələrə parça lazım olur və iş icraçısı Əsgərlə Nurlanı qonşuluqdakı boş evlərdən parça gətirməyə göndərir. Hər iki fəhlə parça axtararkən həmin ərazidə qapısı bağlı olan ev görür və pəncərədən keçərək mənzilə daxil olurlar. Əsgər və Nurlan evdən iki ədəd qızıl sancaq, iki gitara və fen oğurlayıb hadisə yerindən qaçırlar.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində hər iki şəxs müəyyən edilərək saxlanılır və onların barəsində cinayət işi başlanır.

Xankəndi Şəhər Məhkəməsinin hökmü ilə onlara 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası verilib və elektron qolbaq tətbiq edilib.

Son xəbərlər