Xanəndə qəza törətdi - Atası və 2 yaşlı oğlu ÖLDÜ
Bu gün səhər saatlarında Zərdab rayonunda ağır yol qəzası baş verib.
BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, Kəndəbil kəndindən keçən yolda "Toyota Prius" markalı avtomobil sürücünün idarəetməsindən çıxaraq aşıb və ağaca çırpılıb.
Nəticədə avtomobildə olan şəxslərdən biri hadisə yerində ölüb, digər şəxs isə xəstəxanaya çatdırılıb.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Ölən və yaralananın şəxsiyyəti müəyyənləşdirilir.
Qəzada xəsarət alan azyaşlı Tunar Məmmədov vəfat edib.
Qeyd edək ki, qəzanı törədən Məftun Məmmədovun muğam ifaçısı olduğu bildirilir. Belə ki, o, "Muğam müsabiqəsi"nin iştirakçısı olub və yarışda üçüncü yeri tutub.
Qalereya
Oxşar xəbərlər
Salyanda zəncirvari yol qəzası olub, yeddi nəfər xəsarət alıb
Salyanda zəncirvari yol qəzası baş verib, yeddi nəfər xəsarət alıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında yeni Ələt-Astara...