Xalq artistinin koronavirus testi pozitiv çıxıb: VƏZİYYƏTİ AĞIRDIR
Yeniliklərdən dərhal xəbərdar olun
Xalq artisti Ənvər Həsənovdan koronavirusla əlaqədar götürülən test analizinin nəticəsi pozitiv çıxıb.
BAKU.WS xəbər verir ki, bu barədə Report-a Xalq artistinin qızı Aytən Həsənova məlumat verib.
Onun sözlərinə görə, atasının bir müddət əvvəl də koronavirus xəstəliyi keçirdiyi məlum olub.
"Hazırda vəziyyəti ağırdır və bir neçə gün əvvəl yerləşdiyi xəstəxanada müalicələri davam etdirilir", - A.Həsənova əlavə edib.
Qeyd edək ki, 72 yaşlı aktyor Ə.Həsənov "Yeddi oğul istərəm" filmində Cəlal, "Dərviş Parisi partladır" filmində Şahbaz, "Babək" filmində Tərxan, "Atları yəhərləyin" filmində Sirac, "Uşaqlığın son gecəsi" filmində Murad və başqa yaddaqalan obrazlar yaradıb.
Oxşar xəbərlər
Aytənin anası danışdı: “Hamilə olarkən toqqa ilə döyürdü” - VİDEO
2 gündür mətbuatın və sosial şəbəkələrin gündəmini növbəti ailə faciəsi zəbt edib. 23 yaşlı Aytən Niftəliyeva və 1 yaşlı qızı Tahirənin ölümü hər kəsi sarsıdıb....