Xalq artisti reanimasiyaya yerləşdirildi

Xalq artisti reanimasiyaya yerləşdirildi
Hadisə 1534

Xalq artisti, Akademik Milli Dram Teatrının aktyoru Rafael Dadaşovun səhhəti ağırlaşıb.

BAKU.WS lent.az-a istinadən xəbər verir ki, 73 yaşlı xalq artistinin qızı müğənni Səidə Dadaşova məlumat verib.

Onun sözlərinə görə, atasının vəziyyəti yaxşı deyil:“Atamın vəziyyəti heç də yaxşı deyil. Hazırda Mərkəzi Neftçilər Xəstəxanasının reanimasiya şöbəsindədir. Dəqiq hansı xəstəlikdən əziyyət çəkdiyini bilmirik. Gah dedilər, problem ürəyində, gah da ağ ciyərindədir. Həkim nəzarətindədir, amma səhhəti ağırdır”.

Oxşar xəbərlər

Xalq artisti Ramiz Əzizbəylinin barmağı amputasiya olundu

Xalq artisti Ramiz Əzizbəylinin barmağı amputasiya olundu

“Bu gün axşam saatlarında atam əməliyyat olundu. Hazırda vəziyyəti qənaətbəxşdir”.Bu sözləri Sputnik Azərbaycan-a açıqlamasında Xalq artisti Ramiz Əzizbəylinin...

1076 Hadisə 09:03 28 dekabr 2018

Son xəbərlər