Xaçmazdakı dəhşətli hadisədən sonrakı görüntülər - ANBAAN VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Fövqəladə Hallar Nazirliyi (FHN) Xaçmazda uçmuş körpü ilə bağlı məlumat yayıb.
Nazirlikdən BAKU.WS-ə verilən məlumata görə, bu gün səhər saatlarında Xaçmaz rayonu, Köhnə Xaçmaz kəndi ərazisində Gəndob-Xaçmaz-Yalama-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 27-ci kilometrliyində yerləşən körpü uçub və hadisə zamanı VAZ-2106 markalı minik avtomobili çay yatağına düşüb.
Fövqəladə Hallar Nazirliyi Şimal Regional Mərkəzinin xilasediciləri tərəfindən təhlükəsizlik qaydalarına riayət olunmaqla avtomobilin qaldırıcı kran vasitəsilə çay yatağından təxliyəsi həyata keçirilib.
Həmçinin, FHN-in Şimal Regional Mərkəzi və Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları avtomobillərin hərəkəti üçün müvəqqəti təşkil olunmuş alternativ yolda təhlükəsizliyin təmin edilməsi məqsədilə ərazidə xidmət aparır.
Qalereya
Oxşar xəbərlər
Azərbaycanda körpünün uçması nəticəsində xəsarət alanlar belə xilas edilib - VİDEO
Xaçmaz rayonu, Köhnə Xaçmaz kəndi ərazisində Gəndob-Xaçmaz-Yalama-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 27-ci kilometrliyində körpü uçub. BAK...