Xaçmazda oğul anasına balta ilə xəsarət yetirdi

Xaçmazda oğul anasına balta ilə xəsarət yetirdi
Hadisə 151

Xaçmazda oğul anasına balta ilə xəsarət yetirib.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Əzizli kəndində qeydə alınıb.

Kənd sakini, 1956-cı il təvəllüdlü Sənəm Sultanova müxtəlif bədən xəsarətləri ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Ona baş və sifətin kəsilmiş-deşilmiş yarası, kəllə-beyin travması diaqnozu qoyulub.

İlkin məlumata görə, hadisəni qadının oğlu anası ilə münaqişə zəminində yetirib.

Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər