Xaçmazda avtomobil FHN əməkdaşını vurub

Xaçmazda avtomobil FHN əməkdaşını vurub
Hadisə 49

Xaçmaz rayonunda yol qəzası baş verib.

BAKU.WS Report-a istinadla xəbər verir ki, hadisə Xaçmaz - Xudat avtomobil yolunun Müşkür kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "VAZ-21014" markalı çörək daşıyan avtomobil yanğın olan ərazidə xidmət aparan Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşı 1989-cu il təvəllüdlü Ağabalayev Fəxarət Həsənbəy oğlunu vurub.

Yaralı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər