Xaçmaz-Xudat yolu bağlanıb, istirahət mərkəzinin əməkdaşları təxliyə olunub - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Xaçmaz-Xudat avtomobil yolu bağlanıb.
"Report"un Şimal bürosu xəbər verir ki, buna səbəb Xaçmaz rayonunun Müşkür kəndi yaxınlığında baş verən yanğın hadisəsidir.
Məlumata görə, hazırda Gəndob-Yalama yolu istiqamətindən keçən hissədə müvəqqəti postlar qurulub, nəqliyyat vasitələri alternativ yollara yönləndirilir.
Güclü külək yeni yanğın ocaqlarının yaranmasına səbəb olur, bu səbəbdən qabaqlayıcı tədbirlər görülür.
Ərazidəki istirahət mərkəzinin və yanacaqdoldurma məntəqəsinin əməkdaşları təxliyə olunub.
16:05Xaçmaz rayonunda meşə massivində güclü yanğın başlayıb.
"Report"un Şimal bürosu xəbər verir ki, yanğın Xaçmaz-Xudat yolunun Müşkür kəndindən keçən hissəsində, yolun hər iki tərəfinin kənarında yerləşən ərazidə qeydə alınıb.
Rayon ərazisində havanın küləkli olması səbəbindən yanğının sahəsi genişlənib. Yanğınsöndürmə işlərini sürətləndirmək və yanğının daha geniş əraziyə yayılmasının qarşısını almaq məqsədi ilə Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə qoşunları, Xüsusi Riskli Xilasetmə Xidməti və Şimal Regional Mərkəzinin şəxsi heyəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları və Xaçmaz Rayon İcra Hakimiyyətinin müvafiq texnikası əraziyə cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Qalereya
Oxşar xəbərlər
FHN Şabranda əkin sahəsindəki yanğınla bağlı məlumat yaydı
Şabran rayonu, Ağalıq kəndində əkin sahəsində yanğın olub. BAKU.WS xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, məlu...