Xaçmazda ata və oğulu bıçaqlamaqda şübhəli bilinən şəxs tutulub - YENİLƏNİB

Xaçmazda ata və oğulu bıçaqlamaqda şübhəli bilinən şəxs tutulub - YENİLƏNİB
Hadisə 151

Avqustun 17-si gecə saat 2 radələrində Xaçmaz rayonu ərazisində 1 nəfərin ölməsi, 1 nəfərin isə xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Xaçmaz rayon Prokurorluğundan BAKU.WS-ə verilən xəbərə görə, araşdırma zamanı 1990-cı il təvəllüdlü Şəhram Manafzadənin rayonun Tel kəndi ərazisində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı yetkinlik yaşına çatmayan şəxsə bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməsi, sonuncunun atası Nurlan Məmmədrəhimova isə xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xaçmaz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 29, 120.2.7-ci (iki şəxsi qəsdən öldürməyə cəhd) maddələrilə cinayət işi başlanıb. Şəhram Manafzadə iş üzrə şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam etdirilir.

***09:51

Xaçmazda ata və oğlu davada bıçaqlanıb.

BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə rayonun Nabran kəndində qeydə alınıb

Köhnə-Xudat kənd sakinləri-1988-ci il təvəllüdlü Məmmədrəhimov Nurlan Babaverdi oğlu və onun övladı 2009-cu il təvəllüdlü Məmmədrəhimov Cavidan Nurlan oğlu dava zamanı bıçaqlanıblar.

C.Məmmədrəhimov aldığı xəsarətlərdən hadisə yerində ölüb, onun atası N.Məmmədrəhimov isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Hadisəni törədən şəxsin polis tərəfindən tutulması təmin edilib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər