Xaçmazda 17 yaşlı gənc itkin düşüb - FOTO

Xaçmazda 17 yaşlı gənc itkin düşüb - FOTO
Foto
Hadisə 75

Xaçmazda 17 yaşlı gənc itkin düşüb.

Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.

Qeyd edilib ki, rayon sakini, 2004-cü il təvəllüdlü Famil Əşrəfov sentyabr ayının 19-da yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

F.Əşrəfov 172 sm boylu, arıq bədən quruluşludur.

Evdən çıxarkən onun əynində göy rəngli idman kurtkası və şalvarı, qarışıq rəngli köynək və ağ-qara rəngdə idman ayaqqabısı olub.

"Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin (055) 722-27-99 mobil nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur", - mətbuat xidmətindən bildirilib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər