Xaçmaz-Xudat yolunda meşəlik ərazi yanır - VİDEO

Xaçmaz-Xudat yolunda meşəlik ərazi yanır - VİDEO
Video
Hadisə 137

Xaçmazda meşə yanğını ilə bağlı yeni görüntülər üzə çıxıb.

Bu barədə BAKU.WS-in "qaynar xətti"nə məlumat daxil olub.

Bildiriir ki, hazırda Xaçmaz-Xudat yolunda müşəlik ərazidə yanğın davam edir.

Məlumat üçün bildirək ki, Fövqəladə Hallar Nazirliyi Qəbələ, Şabran və Quba rayonlarında yerləşən dağlıq relyefdə, meşə və meşətrafı ərazilərdə baş vermis yanğınla bağlı məlumat yayıb. Bəzi ərazilərdə yanğınlar nəzarətə götürülərək alovun daha geniş ərazilərə yayılmasının qarşısı alınıb, soyutma işləri aparılır.

Qeyd edək ki, yanğınsöndürmə tədbirləri mürəkkəb relyefli dağlıq ərazilərdə həyata keçirilir, isti və küləkli hava şəraiti tüstülənmə ocaqlarının tam söndürülməsinə mane olur.

Yanğınsöndürmə əməliyyatları davam etdirilir.

Son xəbərlər