Voronejdə azərbaycanlı iş adamı həbs olundu
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya Voronej şəhərində Azərbaycan diasporunun lideri və şəhərdəki ən böyük bazarın sahibi Yusif Xəlilov həbs edilib.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə "Mash" məlumat yayıb.
Bildirilib ki, təhlükəsizlik qüvvələri hesab edirlər ki, Xəlilov bu ilin mart ayında oğlunun orduya çağırılmaması üçün həkimə saxta tibbi arayış üçün 330 min rubl verib. Xəlilov məbləğin bir hissəsini vasitəçilərə ötürüb, qalan 100 mini isə karta köçürüb.
İyulun 1-də xüsusi təyinatlı dəstə iş adamının evində axtarış aparıb və müsadirə olunmuş telefonda sübutlar aşkar edilib. Hazırda Xəlilov ifadə verməkdən imtina edib və təqsirini boynuna almayıb. Diaspor lideri həbs olunub. Onu rüşvətxorluq ittihamı ilə 7 ildən 12 ilə qədər həbs və deportasiya gözləyir.
Oxşar xəbərlər
Həkimin öldü dediyi körpə morqda 4 saat sağ qalıb
ABŞ-nin Arizona ştatında hovuzda boğulma təhlükəsi keçirən 18 aylıq körpə həkimin səhlənkarlığı nəticəsində ölü elan edilərək morqa aparılıb. Körpənin təxminən...