Vilayət Eyvazovdan koronavirusla bağlı polislərə vacib əmr
Yeniliklərdən dərhal xəbərdar olun
Ölkəmizdə koronavirus infeksiyasının yayılması hallarının qarşısını almaq məqsədi ilə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilmiş qərarların icrası ilə əlaqədar daxili işlər orqanlarının da əməkdaşları gücləndirilmiş iş rejimində xidmət edirlər.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, polisin gücləndirilmiş iş rejimindəki fəaliyyəti Novruz bayramı günlərində də davam etdiriləcək.
Belə ki, Daxili İşlər naziri, general-polkovnik cənab Vilayət Eyvazovun əmri ilə daxili işlər orqanlarının şəxsi heyəti Novruz bayramı günlərində ictimai asayişin daha nümunəvi qorunması məqsədi ilə mart ayının 20-dən 27-dək gücləndirilmiş iş variantında xidmət edəcəklər.
Oxşar xəbərlər
Vilayət Eyvazovdan polislərə sərt XƏBƏRDARLIQ
Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun iştirakı ilə Baş Dövlət Yol Polisi İdarəsində 2019-cu ildə yol hərəkəti təhlükəsizliyinin təmini sahəsi...