Vilayət Eyvazov Ziya Məmmədovun qardaşı oğlunu təqaüdə göndərdi

Vilayət Eyvazov Ziya Məmmədovun qardaşı oğlunu təqaüdə göndərdi
Hadisə 2822

Azərbaycan daxili işlər orqanlarının daha bir əməkdaşı xidmətdə olmanın son yaş həddi ilə əlaqədar işdən çıxarılıb.

BAKU.WS “report”a istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) Səfərbərlik və Mülki Müdafiə İdarəsinin rəisi, polis polkovniki Fuad Məmmədli vəzifəsindən azad edilib.

Bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, F.Məmmədli xidmətdə olmanın son yaş həddi ilə əlaqədar olaraq, təqaüdə göndərilib.

DİN-in Mətbuat Xidmətindən fakt təsdiqlənib.

F.Məmmədlinin yerinə hələlik təyinat yoxdur.

Qeyd edək ki, F.Məmmədli sabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşı oğlududur.

Oxşar xəbərlər

Deputatın qardaşı oğlunu işdən çıxardılar

Deputatın qardaşı oğlunu işdən çıxardılar

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Səbail rayon idarəsinin rəisi təqaüdə göndərilib.BAKU.WS “unikal.org”a istinadən xəbər verir ki, bun...

1437 Hadisə 14:59 02 iyul 2018

Son xəbərlər