Vəfat edən 25 yaşlı polis müstəntiqinin toy dəvətnamələri paylanıb

12
mar
2018
16:58
Martın 10-da bədbəxt hadisə nəticəsində dünyasını dəyişən polis müstəntiqi Mirzəli Cavid Ədalət oğlu haqqında yeni məlumatlar əldə olunub.25 yaşlı Cavid Mirzəli nişanlı olub. Onun Novruz bayramından sonra toy mərasiminin olacağı gözlənilirdi.BAKU.WS xəbər verir ki, mərhumun yaxınlarının İnterpress.az-a verdiyi məlumata görə, mərhumun toy mərasimi üçün uzaq qohumlara dəvətnamələr də paylanılıb.Qeyd edək ki, martın 10-da Bakı şəhəri, Nərimanov Rayon Polis İdarəsinin müstəntiqi 25 yaşlı Mirzəli Cavid Ədalət oğlu bədbəxt hadisə nəticəsində ölüb. O, küçə ilə hərəkət edərkən yıxılıb. Nəticədə onun başı səki daşına dəyib və o, vəfat edib.Mərhum doğulduğu Biləsuvar rayonunun Çaylı kəndində dəfn edilib.Faktla bağlı araşdırma aparılır.Əlavə edək ki, C.Mirzəli Polis Akademiyasını qırmızı diplomla bitirərək, baş leytenant rütbəsi alıb.BAKU.WS
Oxşar xəbərlər
Ceyranbatanda evə basqın edərək ana və qızına xəsarət yetirən şəxslər saxlanıldı
Martın 2-də Abşeron rayonunun Ceyranbatan qəsəbəsində evə silahlı basqın edən şəxslərin kimliyi bəlli olub."Report"un Abşeron-Sumqayıt bürosunun verdiyi məlumat...
