Qobustanda oğlandan 70 yaşlı anasına qarşı RÜSVAYÇI HƏRƏKƏT: dəfələrlə cinsi əlaqədə oldu...

Qobustanda oğlandan 70 yaşlı anasına qarşı RÜSVAYÇI HƏRƏKƏT: dəfələrlə cinsi əlaqədə oldu...
Hadisə 5017
Qobustan rayonunda 70 yaşlı anasına təcavüz etməkdə təqsirli bilinən 27 yaşlı Cavid Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.BAKU.WS publika.az-a istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyilə baş tutan prosesdə prokuror çıxış edib.O, Cavid Məmmədovun 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.Daha sonra hakimlər hökm qəbul etmək üçün müşavirə otağına yollanıblar.Bir neçə saatlıq müşavirə keçirə hakimlər zala qayıdaraq hökm elan ediblər.Hökmə əsasən, Cavid Məmmədov 8 il müddətinə azadlıqdan məhrum edilib.Cavid Məmmədov Cinayət Məcəlləsinin 149.1-ci (zorlama) və 234-cü (qanunsuz narkotik vasitə əldə etmə, saxlama və gəzdirmə) maddələri ilə ittiham edilib.İttihama görə, hadisə Qobustan rayonunda bu ilin may ayında baş verib. Mayın sonlarında Cavid Məmmədov anasından onu evləndirməyini tələb edib.Anası isə oğlunun bu istəyinə məhəl qoymayıb və bildirib ki, səni kimi narkomana kim qız verər? Ana oğluna deyib ki, heç kimin qızını alıb, onu bədbəxt etmək fikri yoxdur.Elə hadisə də bundan sonra baş verib. Anasının onu evləndirmədiyindən qəzəblənən gənc anasına təcavüz edib. Bir ay ərzində dəfələrlə anasına işgəncə verərək onu zorlayıb. Buna dözməyən ana polisə şikayət edib.Polis oğlananı həbs etmək istəyərkən oğlan polislərin əlindən qaçmağa çalışıb və damarlarını doğrayaraq özünə ciddi xəsarət yetirib.BAKU.WS

Oxşar xəbərlər

Özünü MTN polvovniki kimi təqdim edən qadına hökm oxunub

Özünü MTN polvovniki kimi təqdim edən qadına hökm oxunub

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Aygün Akimova və İlham Baxışovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. BAKU....

1625 Hadisə 18:27 10 avqust 2017

Son xəbərlər