Vətəndaş evdə ola-ola söküntü işləri aparıldı - DİN məsələyə qarışdı - VİDEO

Vətəndaş evdə ola-ola söküntü işləri aparıldı - DİN məsələyə qarışdı - VİDEO
Video
Hadisə 494

Yasamal rayonu B.Şahtaxtinski küçəsində yaşayış evlərinə tikinti şirkətlərindən biri tərəfindən zərər vurulması ilə bağlı daxil olan məlumat üzrə araşdırma aparılır.

BAKU.WS xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidməti məlumat yayıb.

Qeyd olunub ki, iyulun 5-də saat 00:49 radələrində vətəndaş N.Nəcəfzadə DİN-in 102 Zəng Mərkəzinə ərazidə tikinti aparan MTK tərəfindən evlərdə yaşayış olduğu halda evlərin sökülməsi barədə məlumat verib. Məlumatla bağlı polis əməkdaşları həmin ünvanda razılıq olmadan bir neçə mənzilin divarlarına zərər vurulmasını müəyyən ediblər.

Vətəndaşın müraciəti əsasında söküntü işləri aparan şirkətin işləri dayandırılıb.

Faktla bağlı prosessual araşdırmalar davam etdirilir. Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcəkdir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər