"VAZ 2106” oğurlayan şəxs: “Yaxşı qardaşlara salam göndərirəm” (VİDEO)
Yeniliklərdən dərhal xəbərdar olun
ARB TV xəbər verir ki, əməliyyat axtarış tədbirləri nəticəsində rayon sakini Hacıağa Qurbanova məxsus "VAZ 2106” markalı avtomobili oğurlamaqda təqsirli bilinən şəxslər tutulub.
Zərərçəkən aprelin 28-dən 29-na keçən gecə evinin qarşısında saxladığı avtomobilinin oğurlanması haqqında polis şöbəsinə müraciət edib. Keçirilən əməliyyat axtarş tədbirləri nəticəsində hadisəni törədən rayon sakinləri 21 yaşlı Elməddin Rzayev və 26 yaşlı Səxavət Abdullayev saxlanılıb. Elməddin Rzayev hadisəni sərxoş vəziyyətdə törətdiyini bildirib. Onlar maşın sevmək iddiasına düşüblər. Lakin avtomobilləri olmadığı üçün tanımadıqları birinin maşınını qaçırtmaq qərarına gəliblər.
Səxavət Abdullayev (saxlanılan şəxs) : "İçkiliydim. Toydan çıxıb məhlə ilə gələndə gördüm ki, maşın var. Qapısı açıq idi, açarları da üstündə. Minib işə saldım, yolda dostumla qarşılaşdım. Minəndə soruşdu ki, maşın hardandır? Dedim ki, oğurluqdur. Düşmək istədi, saxladım. Sonra aparıb qabaqda saxladım. Məqsədim sadəcə sürmək olub. Peşman deyəndə ki, daha bunu eləmişəm. Buradan yaxşı qardaşlara salam deyirəm".
Elməddin Rzayev (saxlanılan şəxs) : "Yolda görüşdük, dedi ki, maşın mənimdir. Sonra oğurluq olduğunu dedi".
BAKU.WS
Oxşar xəbərlər
Bakıda qardaş və bacının başını kəsən şəxs tutulub - TƏFƏRRÜAT
Bakıda dəhşətli qətl törədilib. Nərimanov rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə Montin qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini Lətifə Qa...