Azərbaycanda qəribə olay: içib maşının yerini unutdu, polisə zəng etdi

Azərbaycanda qəribə olay: içib maşının yerini unutdu, polisə zəng etdi
Hadisə 2695

 

Sumqayıtda sərxoş şəxs avtomobilinin oğurlanması barədə polisə yalan məlumat verib.

Daxili İşlər Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, martın 29-da Sumqayıt şəhər sakini Rövşən Əliyev 4-cü PB-yə müraciət edib martın 29-na keçən gecə ona məxsus "VAZ-2106" markalı avtomobilin qaçırılmasını bildirib.

Avtomobil həmin gün Ceyranbatan qəsəbəsi ərazisində tapılıb.

Araşdırmalar zamanı məlumat təsdiqini tapmayıb. Müəyyən edilib ki, R.Əliyev həmin gün sərxoş vəziyyətdə olduğundan avtomobili harada saxladığını unudub. 

BAKU.WS

Son xəbərlər