Valideynlər Bakıda itkin düşmüş uşağını canlı yayımda tapdılar
23
iyn
2020
16:20
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda itkin düşmüş uşaq tapılaraq valideynlərinə təhvil verilib.
BAKU.WS “ölkə.az”a istinadən xəbər verir ki, bununla bağlı sosial şəbəkə istifadəçilərindən biri profilində canlı yayım edib.
O, qeyd edib ki, paytaxtın Nərimanov rayonu ərazisində təxminən 5-6 yaşlı qız uşağı tapılıb. Yayım zamanı istifadəçi bildirib ki, əgər uşağın valideynlərini tanıyan varsa, 18-ci polis bölməsinə məlumat versin.
Video sürətlə sosial şəbəkədə yayılıb.
Çox keçmədən həmin şəxs yazıb ki, artıq uşağın valideynləri tapılıb və körpə onlara təhvil verilib.
Oxşar xəbərlər
Bakıda bir gündə beş nəfər yoxa çıxdı: İnsanın itkin düşməsi necə təsdiqlənir?
Ötən gün ərzində paytaxtda xidmət aparan Daxili İşlər Nazirliyinin əməkdaşları itkin düşmüş şəxslərlə bağlı beş fakt qeydə alıb. BAKU.WS xəbər verir ki, bu barə...